Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Sumqayıtda çörək qıtlığı yarandı

Ölkədə müşayiət olunan qarlı və çovqunlu hava şəraiti Sumqayıt şəhərində də bəzi problemlər yaradıb.

Yolların buz bağlaması nəticəsində avtobusların və maşınların hərəkətində problemlər yaranıb. Şəhərdə az sayda marşrut öz xətti ilə hərəkət edir.

Bundan əlavə, anomal hava şəraiti nəticəsində şəhərin elektrik enerjisinin verilməsində də problem yaranıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində şəhərin bəzi yerləri qaranlığa qərq olub.

Mavi yanacaqla bağlı problem olmasa da, Sumqayıtın bəzi yerlərində çörək qıtlığı da yaşanıb. Belə ki, yolların buz bağlaması nəticəsində çörək maşınları mağazalara çörək gətirə bilmir. Çörək qıtlığı isə insanların narazılığına səbəb olur./modern/
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP