Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

5 qonşusundan Rusiyaya qarşı daha bir addım

Polşa, Litva, Latviya, Moldova və Ukrayna parlamentlərinin spikerləri “Şimal axını-2” qaz kəmərinin tikintisinə qarşı sənəd imzalayıblar.

Bu barədə informasiyanı Polşa mətbuatı yayıb. Sənəddə “Şimal axını-2”nin Avropa Birliyinin Rusiyadan asılılığını artırmağa yönəldiyi vurğulanıb:

“Bu layihə kommersiya layihəsi kimi göstərilsə də, əslində, Rusiya dövlətinin siyasi təsir vasitəsidir. Biz hər kəslə əməkdaşlıq etmək istəyirik, amma həm də təhlükəsizliyimizin qayğısına qalmalıyıq. Hamımız hazırda öz müstəqilliyi uğrunda ağır mübarizə aparan Ukraynanı dəstəkləyirik”.

Qeyd edək ki, dekabrda bu ölkələrin müdafiə nazirləri regionda Rusiya təhlükəsinə qarşı koordinasiya haqqında razılıq əldə etmişdilər.
368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP