Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Bakıda yollar qardan belə "təmizlənir" - Foto

Ötən gündən Bakıya yağan qar paytaxtın yollarını iflic edib. Bəzi yollarda avtomobillərin hərəkəti demək olar ki, mümkünsüz vəziyyətə düşüb. Bəzi yollarda qartəmizləyici maşınlar işləsə də, yollara duz səpilsə də, bir çox ərazilər hələlik nəzarətsiz qalıb.

Əsasən Biləcəri aşırımı, Biləcəri-Binəqədi yolu, Yeni Yasmal, Şərifzadə küçəsi və digər ərazilər hələ də qardan təmizlənmir. Bundan başqa, mərkəzi ərazilər, “Nərimanov”, “Gənclik” metrostansiyası yaxınlığı da qarın ağuşuna qərq olub. Rəsmilər isə işlərin görüldüyünü deyir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin Namiq Həsənov ANS PRESS-ə açıqlamasında nazirliyin, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin və İcra Hakimiyyətinin ağır texnikalarının, əməkdaşlarının hazırda yolları təmizlədiyini vurğulayıb.

“Sadəcə heç bir iş görülmür demək, görülən əməyə haqsızlıq olub. Yollar qardan təmizlənir, duz səpilir. Daim yola nəzarət edirik”, - deyə Namiq Həsənov bildirib.

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da ANS PRESS-ə bildirib ki, hazırda yolların təmizlənməsi prosesi gedir: “Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC, İcra Hakimiyyəti və Yol Polis İdarəsi küçələrdə qarın təmizlənməsilə məşğuldur. Bundan başqa, yollara duz səpilir. Bu saatlara qədər 1000 tondan çox duz səpilib. Yol polisi bacardığı qədər yollarıda təhlükəsizliyin qorunması istiqamətində işlər görülür”.

 

2135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11