Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

“Türkiyə və İran regionda çox böyük gücə malikdirlər…” – Gürcü politoloq

"Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü yeni formatdır. Düşünürəm ki, bu format regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək".

Bu fikirləri gürcüstanlı politoloq Tengiz Txilava bildirib.

Politoloq deyib: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, TAP, TANAP kimi böyük layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalıdır və mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması uğurlu perspektivlər vəd edir”.

Onun sözlərinə görə, üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması regionun iqtisadi inkişafı ilə yanaşı, təhülkəsizlik və sülhə də xidmət edəcək.

“Türkiyə və İran regionda çox böyük gücə malikdirlər. Onların Azərbaycan və Gürcüstan ilə birgə layihələrdə iştirakına böyük ümidlə baxıram. Hesab edirəm ki, yeni format tərəflərin hər biri üçün faydalı olacaq”, – deyə Txilava vurğulayıb
399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP