Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

AKP-çi deputat Ərdoğanı sərt tənqid edib istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) daha bir millət vəkili istefa verib.

Bundan əvvəl partiyanın mövqeyinə zidd fikirlər işlətməkdə günahlandırılaraq barəsində intizam tədbiri görülməsi üçün İntizam Komissiyasına həvalə edilən Muhammed Çetin istefa qərarını bu gün nəhayət ki, elan edib. O, keçirdiyi mətbuat konfransında Ərdoğan hökumətinin və partiyasının ünvanına kəskin tənqidlər səsləndirib.

M.Çetin deyib ki, hökumətin siyasətinə etiraz olaraq AKP-dən bir çox millət vəkilləri də onun kimi addım atacaqlar. İstefa verən millət vəkili bu qərarını Fətullah Gülənlə müzakirə etmədiyini də deyib. M.Çetin hökuməti ortaya çıxarılan korrupsiya faktlarına cavab vermək əvəzinə bu faktların üstünü açanları cəzalandırmaqda günahlandırıb.

“Kassalarla dolu pullar, xaricə aparılan gəmilər, alınan hovuzlu villalar - hamısı var. O qədər dəlil ortaya qoyulub, ancaq hakim və prokurorları dəyişdirdilər. Bu da alınmayanda hüquq sistemini dəyişdirmək istəyirlər” - deyə M.Çetin bildirib.

M.Çetin 17 dekabr rüşvət əməliyyatından sonra AKP-dən istefa verən 8-ci millət vəkilidir. İstefalardan sonra parlamentdə hakim partiyanın üzvlərinin sayı 319-a enib.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber