Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2018

Pakistanda dövlət işinə qəbul zamanı...

Pakistanda bütün vətəndaşlar rəsmi sənədlərdə öz inanclarını qeyd edəcəklər.

Bu barədə İslamabad Ali Məhkəməsi qərar çıxarıb.

Qərara görə, doğum haqqında şəhadətnamədə, şəxsiyyəti təsdiq edən sənəddə, pasportda və seçki siyahılarında vətəndaşların məzhəblərini göstərən qrafa olacaq.

Bundan başqa, dövlət işinə qəbul zamanı da hər kəs öz inancı haqda məlumat verməlidir.

Assoşieyted Press-in xəbərinə görə, dövlət sektorunda işə girən şəxslər isə dini and içməli olacaqlar.

Pakistan Konstitusiyası insanların etiqad azadlığını tanıyır.

Ölkənin əsas əhalisi müsəlmanlardır. Bununla belə, Pakistanda hinduistlər, xristianlar, islamın Əhmədi təriqətinə mənsub azlıqlar da yaşayır. Əhmədilərin müsəlman hesab edilməsi rəsmən qadağan olunub./teleqraf/
336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP