Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2018

Rəhbər: Şah rejimi necə idi, İslam Respublikası necədir?

Zahirlə işləri yox idi, İslamın kökünü qazırdılar...
Bu gün Azərbaycanda da (keçmiş İran şahının) iyrənc siyasəti həyata keçirilir...

Dünya Müharibəsi ardınca böyük güclərin Yaxın Şərq siyasəti region ölkələrini zəiflətmək, bir-birinə qarşı qoymaq, ittifaqa yol verməmək olub. Bu məqsədlə panərəbizm, pantürkizm, paniranizm cərəyanlarını gücləndiriblər. Bu layihənin icrası üçün hökumət başçıları marionet, qeyri-müstəqil, əmrə tabe olmalı idi. İslam İnqilabına qədər İranda buna müvəffəq olublar, əlaltı şah rejimini yaşadıblar. İslam Respublikası buna son qoydu! Dünya imperializmi, Amerika və Avropa ölkələrinin İrandan əli kəsildi...
İnqilab nəyi dəyişdi? Uğurlar göz qabağındadır, mən sadəcə xatırladıram. Necə ki, günəş hamının gözü qarşısında olsa da, Quran günəşə and içməklə diqqəti günəşə yönəldir.
İnqilabdan öncə hakimiyyət İslam düşməni idi. Zahirlə işləri yox idi, İslamın kökünü qazırdılar... Məsələn, əxlaqsız ictimai tədbirlər, televiziya proqramları insanların imanını əlindən almağa xidmət edirdi... İnqilab buna son qoydu!
İnqilabdan əvvəl Amerikanın xeyir-duası olmasaydı baş nazir kimi postlara təyinat mümkün deyildi. Şah Amerika və İngiltərənin səfirləri ilə məsləhətləşməmiş addım atmırdı. İnqilabdan sonra heç bir xarici ölkə belə məsələlərə müdaxiləni ağlına də gətirə bilməz. Heç bir super güc İranda məsullar və xalqın iradəsinə təsir göstərdiyini iddia edə bilməz...
İnqilabdan əvvəl İran sənayesi montaj sənayesi idi, bütün texnologiyalar qərbə məxsus idi. İndi alimlərimiz dünya səviyyəsində söz sahibidir...
İnqilabdan qabaq hökumət də, İran cəmiyyəti də qərbin təqlidçisi idi. İndi rəsmən tanınan İslam mədəniyyəti, milli mədəniyyətdir...

Ayətullah Xamenei

Vilayet.info
415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP