Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

“Amerikaya ölüm” şüarı daim deyilməlidir

İranlılar “Amerikaya ölüm” şüarına borcludurlar - Tehranın İmam-cüməsi
Ayətullah Xatəmi bu gün Tehranda keçirilən cümə namazının xütbələrində ölkədə “Amerikaya ölüm” şüarının daima səsləndirilməsini istəyib

“İran xalqının 35 illik başucalığı Amerikaya ölüm şüarının səsləndirilməsi ilə baş tutub”.

İnterAz-ın “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Tehranın imam-cüməsi Ayətullah Seyyid Əhməd Xatəmi deyib.

Ayətullah Xatəmi bu gün Tehranda keçirilən cümə namazının xütbələrində ölkədə “Amerikaya ölüm” şüarının daima səsləndirilməsini istəyib.

“ABŞ prezidenti iranlılarla bağlı danışanda ağzına gələni deyir və millətin qürurunu tapdalayır. Əgər o elə deyirsə biz də müvafiq şəkildə cavablandırmalıyıq. Elə iranlıların son bu 35 ildə əldə etdikləri başucalığı da “Amerikaya ölüm” şüarı ilə baş tutub. Bəziləri səbirsizlik edib, bu şüarları niyə səsləndirirsiz - deyirlər. Biz başucalığımızı əldə edirik və bütün bunlar mübarizə hərəkatı sayəsindədir”.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59