Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Şaxtalı hava şəraiti davam edəcək

Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 1-də qar yağacaq, şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 şaxta proqnozlaşdırılır. Dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta gözlənilir.

Fevralın ilk günlərində Azərbaycanda şaxtalı, qarlı hava şəraiti davam edəcək.
1965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42