Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Fransa arxivində ermənilərlə bağlı şok sənəd - Foto

Fransa XİN-in arxivində ermənilərin azərbaycanlılara qarşı cinayətlərini sübut edən sənəd aşkarlanıb.

Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən vacib sənəd aşkarlanıb.

Bu, Fransanın vaxtilə Tiflisdə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komisarı (səfiri) Damien de Martel tərəfindən 1920-ci ildə Fransa XİN-ə göndərilmiş və hazırda orada arxivində saxlanılan məktubdur.

Məktubda Ali Komisar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.

Məktubdan çıxarışda deyilir: “…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40000-dən çox müsəlmanın (azərbaycanlının) məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə “eyni əhali (xalq) kütləvi qırğına məruz qalmır...”

Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komisarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib. (Arxiv reyestri: Archives du Ministère des Affaires Etrangères de la République Française, microfilm P 16674)/axar/



1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğ