Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Ukraynanın sabiq baş naziri Avstriyaya uçub

Ukraynanın sabiq baş naziri Nikolay Azarov tutduğu vəzifədən azad olunduqdan dərhal sonra fərdi təyyarə ilə Avstriyaya uçub.

Ukrayna KİV-lərinin verdiyi xəbərə görə, hazırda Azarov oğlunun yanında, Vyanadadır və orada uzun müddət qalmaq niyyətindədir.

Sabiq baş nazirin mətbuat katibi məlumatı nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Nikolay Azarov yanvarın 28-də ölkədə ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, habelə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün istefa verdiyini bildirib. Nazirlər Kabinetinə müvəqqəti olaraq baş nazirin birinci müavini Sergey Arbuzov başçılıq edir./apa/
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP