Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Rza Zərraba 37, iqtisadiyyat nazirinin oğluna 336 il həbs cəzası

İddianamədə eks Daxili İşlər Naziri Müammer Gülərin oğlu Barış Gülər haqqında isə 137 il həbs cəzası istənilib

Məşhur iş adamları və nazir övladlarının həbs olunduğu 17 dekabr "Böyük rüşvət" əməliyyatını icra edən prokurorlardan Cəlal Karanın vəzifədən uzaqlaşdırılmasından sonra işə baxılması prokuror Əkrəm Aydınerə tapşırılıb.

Türkiyə mətbuatının məlumatına görə, Türkiyə prokurorluğu mənbələrindən yeni prokurorun əvvəlki həmkarının hazırladığı iddianaməni nəzərə almayacağı, yenidən yazacağı bildirilib. Həmçinin, prokurorluq qaynaqlarından əldə edilən məlumata görə, Rza Zərrab, Süleyman Aslan, Barış Gülər və Kaan Çağlayanın təhqiqatları ilə əlaqədar iki iddianamə hazırlanıb. İddianamədə Zərrabın bir nömrəli şübhəli şəxs olaraq göstərildiyi, 100-ə yaxın rüşvət alıb-vermə hadisəsində iştirak etdiyi ifadə edilib. Bununla yanaşı, Zərrabın qızıl qaçaqmalçılığı etdiyindən də danışılıb. Bütün cinayətlərinə görə isə 37 ilə qədər həbs istəyiylə mühakimə olunması istənilib. İddianamədə eks Daxili İşlər Naziri Müammer Gülərin oğlu Barış Gülər haqqında 137 il həbs cəzası alması, keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaanın 52 milyon dollarlıq rüşvət almasına vasitəçilik etdiyi iddiasıyla isə 336 ilə qədər həbs cəzası verilməsi tələb edilib./ans/
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı