Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Babək Zəncaninin bütün mülkiyyətinə həbs qoyulub

Rza Zərrabınin İrandakı iş ortağı Babək Zəncaninin bütün mülkiyyətinə həbs qoyulub

Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabınin İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin bütün mülkiyyətinə həbs qoyulub.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə İran Məhkəmə Sisteminin rəis müavini İbrahim Rəisi açıqlama verib.

Onun sözlərinə görə, B.Zəncaninin müəyyənləşdirilən mal varlığına həbs qoyularaq prokurorluğun nəzarəti altına alınıb: “Bu iş adamı ilə bağlı mövzu İran Neft Nazirliyinə olan borcu və bunun geri ödənməsi məsələsidir”.

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei isə bildirib ki, B.Zəncaninin ölkə daxilində və xaricində olan əmlakının siyahısını təqdim edib. “Bizim apardığımız ilkin araşdırmada iranlı iş adamının təqdim etdiyi siyahı onun borcunu qarşılaması üçün kifayətdir”.

Qeyd edək ki, B. Zəncani dekabrın 30-da həbsə alınıb. Tanınmış milyarder hazırda Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlanılır. Onun İran Neft Nazirliyinə 2.6 milyard avro borcu olduğu bildirilir. İran Mərkəzi Bankı B.Zəncaninin İran Neft Nazirliyinə borcunu ödədiyini göstərən sənədlərin saxta olduğunu açıqlayıb.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54