Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Rusiyada qafqazlılar arasında kütləvi dava olub

Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava baş verib.

“Lenta.ru”-nun verdiyi məlumata görə, insident yanvarın 27-ə keçən gecə qeydə alınıb.

Kütləvi davada 40 nəfərə yaxın çeçen, inquş və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir-neçə şəxs yüngül bıçaq yarası alıb.

Hazırda hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 (qəsdən sağlamlığa vurulan ağır zərər) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi açılıb. İki Azərbaycan vətəndaşı müttəhim, daha iki nəfər isə şübhəli qismində saxlanılıb.

Kareliya DİN-i mətbuat xidmətinin məlumatına əsasən, münaqişə məişət zəminində baş verib.
1949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...