Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Bir ayda 7 hərbçi itirdik

Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri - 2014-cü il, yanvar (31 yanvaradək)

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir.

1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 6-ı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (11 nəfər) C.Sümərinli bildirdi ki, onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 10 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb.
1885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı