Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Dünya çempionatında ölkəmizi 3 ağır atlet təmsil edəcək

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyası məlumat verir ki, dünya çempionatında Azərbaycanı ağır atletika üzrə milli yığmanın baş məşqçisi Zlatan Vanevin rəhbərliyi altında iki atletimiz təmsil edəcək.

Kişilərdən Olimpiya mükafatçısı Valentin Xristov 62 kq, Kazan Universiadasının qalibi Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Dünya çempionatında Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.
1596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP