Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Şamaxıdan gələn intihar anonsu...

İcra Hakimiyyətinin təşvişə saldı

Xəbər verdiyinmiz kimi, Şamaxı şəhər sakini Yaqubova Ilhamə və 2 övladının yaşadığı mənzilin Şamaxı Rayon Icra Hakimiyyəti başçısı və müavinlərinin qanunsuz mənimsəməsi ilə əlaqədar intihar edəcəyini bildirmişdi. Bu gün saat 15:00-da RATI-də keçirilməsi nəzərdə tutulan mətbuat konfransından təşvişə düşən rayon rəhbərliyi dərhal Ilhamə Yaqubovanın ailə üzvləri ilə görüşüb. Görüş zamanı əslində evin mənimsənilmədiyi, guya kanalizasiya xəttində problemlər olduğu üçün müvəqqəti boşaldıldığını bildiriblər.

Yaxın 1-2 həftə ərzində kanalizasiya problemini həll edib mənzili sahibinə qaytaracaqlarına söz veriblər. Əslində Ilhamə Yaqubova və 2 övladının mənzilinin əlindən qeyri-qanuni alınması heç də kanalizasiyanın işləməməsi və ya rayon rəhbərliyinin qayğıkeşliyindən deyil. Dünən “Azadlıq” qəzetində gedən anonsdan sonra, Şamaxı RIH-ə mərkəzdən göstərilən güclü təpkinin nəticəsidir. Sözsüz ki, problem kanalizasiyada idisə, o zaman PA, DIN, MTN, Baş Prokurorluq, Ombudsman aparatına edilən müraciətlərin aidiyyəti üzrə Şamaxıya göndərilməsi bir kanalizasiya problemindən ötrü deyildi. Görünür, rayon icra hakimiyyəti başçısı Asif Ağayev və məsələ ilə birbaşa bağlı olan müvinləri Qasım Qasımov və Ağamustafa Vahidov durumun nə dərəcədə ciddi və təhlükəli olmasını anlaya biliblər. Və yaxud onlara bunu anladan kimlərsə olub. Ilhamə Ağayevanın mənzillə bağlı problemini diqqətdə saxlayacağıq.
1890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15