Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Hakimiyyət Əli İnsanovun onu ifşa etməsindən qorxdu

Aslan İsmayılov: «Əli Insanovun şüşə qəfəsə salınması, onun sonrakı etiraflarına əngəl olmaq cəhdidir»

Ötən gün Bakı Apelyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə həbsdə olan sabiq səhiyyə naziri Əli Insanovun Ədliyyə naziri Fikrət Məmmədov və Penitensiar Xidmət rəhbərliyinə qarşı iddası üzrə Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

Hakim prosesi açıq elan edərək bildirib ki, məhkəmədə Penitensiar Xidmətin nümayəndəsi iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yoxdur. Qeyd edək ki, ötən məhkəmə iclasında da nazirliyin nümayəndəsi məhkəməyə gəlməmişdi. Bu dəfə də hakimlər cavabdehin iştirakı olmadan iclasın davam etdirilməsinə qərar verib.

Daha sonra münasibət bildirməsi üçün söz Əli Insanova verilib. Ancaq keçən məhkəmədən fərqli olaraq bu dəfə Əli Insanov şəffaf şüşədən olan kabinədə yerləşdirilib və məhkəmə zalı ilə əlaqəsi yalnız mikrofon vasitəsilə olub. Ancaq mikrofon kənardan idarə edildiyi üçün Əli Insanovun fikirləri əksər vaxt zalda eşidilməyib. Hətta fasilədə vəkillər onunla məsləhətləşmək üçün vərəqə yazaraq şüşə arxasından ona göstərmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Əli Insanov ötən məhkəmə iclasında dəmir qəfəsdə saxlanılırdı. O, həm məhkəmə zamanı, həm də fasilədə hakimiyyəti, konkret Ilham Əliyevi tənqid edən çıxışlar edir, jurnalistlərə açıqlamalar verirdi. Görünür, hakimiyyət Əli Insanovun ifşalarından narahat olduğu üçün, onu səsini bu üsulla kəsməyə qərar verib.

Tanınmış vəkil Aslan Ismayılov baş verənləri hakimiyyətin etiraflardan qorxamsı kimi qiymətləndirdi: “Mən Əli Insanovu kifayət qədər yaxşı tanıyıram. Hələ Əli Insanov vəzifədə olarkən qanun pozuntularına yol verildiyi üçün, dəfələrlə onun haqqında tənqidi fikirlər səsləndirmişəm. Əli Insanov həbs olunduqdan sonra isə Respublika prokurorluğunun rəhbərliyi çalışırdı ki, onun əleyhinə məndən ifadə alsınlar. Ancaq mən ifadə verməkdən imtina etmişəm. Baş prokurorun birinci müavini Rüstəm Usubov isə məni şahid kimi cinayət məsuliyyətinə cəlb etməklə təhdid edib. Sonrakı mərhələdə Əli Insanovun ictimai-siyasi məsələlərə münasibəti, həbsdə olarkən kişi kimi etiraflar etməsi, başqalarından fəqli olraq hakimiyyətə yaltaqlanmaması şəxsən mənim rəğbətimə səbəb oldu. Bu gün Əli Insanovun qəfəs altına salınması, şüşə ilə mühasirəyə alınması buna qədər olan etirafların bundan sonra da olmasının qarşısını almaq məqsədi güdür. Əli Insanov YAP-ın yaradıcılarından biri olub. Ancaq həbsdə olduğu müddətdə müxalifətə qarşı əsassız ittihamlara görə üzr istəyib, hakimiyyətdən imdad diləməyib. Hesab edirəm ki, səhvini etiraf edən kişi hörmətə layiqdir. Bu gün Əli Insanov ölkədəki biabırçılığı ifşa etdiyinə görə hakimiyyətin qəzəbinə gəlib və bugünkü kişiliyinə görə ona təşəkkür edirəm”./azadlıq/
1658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı