Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Yüzlərlə qəzetsatan işini itirib

Bakıda küçə ticarətinə, qəzet və jurnalların səyyar satışına qadağa qoyulandan sonra qəzetlərin səyyar qəzet-jurnal satanların sayı 250-300 nəfərə düşüb. Qadağaya qədər onların sayı 1000 nəfərdən çox olub. Məlumatı “Media forum” saytına Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov verib.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti paytaxtda küçə ticarətini, qəzet və jurnalların səyyar satışını bu il yanvarın 1-dən qadağan edib. Departament bunu Bakının abadlaşdırılması, eyni zamanda şəhərdə artıq müasir köşklərin quraşdırılması ilə əsaslandırıb.

Yanvarın 31-də “Media forum” saytına danışan Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov deyib ki, hazırda səyyar mətbuat satışını davam etdirən 300 nəfərə yaxın şəxsin 10 faizini küçələrdə stend qoyub qəzet-jurnal satanlar təşkil edir. Qalan 90 faiz isə əl yayımı ilə məşğul olanlardan ibarətdir.

Yaşar Zeynalov hesab edir ki, küçə ticarətinə qoyulan qadağanın mətbuat yayımına da aid edilməsi doğru deyil: “Qəzet-jurnal yayıcılarının küçə ticarətinə aidiyyəti yoxdur. Aidiyyəti olsa belə, onlar şəhərin gözəlliyinə heç bir xələl gətirmirlər. Çünki onlar poçtalyon çantası əlində redaksiyadan qəzetləri götürüb sifarişçilərə çatdıranlardır. Onlar qəzetləri, məsələn, köşklərə uzaq olan bazarlarda və ya dükanlarda işləyən şəxslərə, yaxud da köşkə getməyə imkanı olmayanlara çatdırırlar. Bunun şəhərin gözəlliyinə nə aidiyyəti var?

Stendlər isə şəhərin hər yerində yox, bəzi yerlərdə qoyulur. Bunlar da təmiz və səliqəli köşklərdir. Hələ bizim həmin köşklərin daha da təkmilləşdirilməsi, gözəlləşdirilməsi üçün bir sıra layihələrimiz var. Sadəcə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin qoyduğu qadağanın aradan qaldırılmasını gözləyirik. Hətta biz bütün yayıcılar üçün xüsusi geyimlər almışıq. Mətbuat yayıcıları vəsiqə ilə təmin ediləcək, dövlət vergisi ödəyəcəklər, bütün redaksiyalarda qeydiyyatda olacaqlar, sayları da dəqiqləşdiriləcək. Bütün bunlara nəzarəti Yayım Assosiasiyası olaraq biz öz üzərimizə götürürük".
1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25