Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Qarabağda qorxulu virus yayıldı

Bununla bağlı, işğal olunmuş Azərbaycan torpaqlarında əksər müəssisələr, o cümlədən məktəblər bağlanıb

Yanvarın 1-dən başlayaraq qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində kəskin reseptorlu virus infeksiyası yayılmağa başlayıb.

Sürətlə yayılan xəstəlik artıq epidemiya halı ala bilər. Belə ki, yanvarın ilk 24 günü ərzində Dağlıq Qarabağda 1178 yoluxma halı qeydə alınmışdısa, son 5 gün ərzində xəstələrin sayı daha 913 nəfər artmışdı. Epidemiya halını alan virus infeksiyasının qarşısını almaq üçün Xankəndində, Laçında, Ağdərədəki əksər müəssisələr, o cümlədən məktəblər qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Qondarma qurumda sanitar-epidemioloji tədbirlər həyata keçirilir.

Xatırladaq ki, buna qədər 2013-cü il martın 1-də keyfiyyətsiz ərzaq məhsullarının qəbulu ilə bağlı Dağlıq Qarabağda kəskin virus infeksiyası yayılmışdı. Nəticədə, Qarabağdakı məktəbəqədər və məktəb yaşlı uşaqların 20%-i bu xəstəliyə yoluxmuşdu.
1756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
21.04.17, 18:46