Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Saakaşvili də Əliyevi “vurdu”

O, Gürcüstanda möhkəm siyasi sistem yaratdıqlarını, Azərbaycanda isə “ailə dinastiyasının” hökm sürdüyünü dedi

ABŞ-ın “Cristian Sciense Monitor” qəzeti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidən müsahibə götürüb. “Ukraynada 21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı müsahibədə Saakaşvili Ukraynada və ümumiyyətlə post-sovet məkanında baş verən olaylara qiymət verir. Ukrayna küçələrində baş verənləri xarakterizə edən Saakaşvili bunu qərb və şərq dünyagörüşlərinin savaşı adlandırır. “Küçələrdə insanlar korrupsiyaya qarşı çıxış edir və eyni zamanda anlayırlar ki, bu bəla Putinə arxalanan “Avrasiya İttifaqı” kimi şərq dünyagörüşünün tərkib hissəsidir. Ölkə başçısı Yanukoviç də Putinə arxalanaraq özbaşınalıqlara yol verir”, - deyə Saakaşvili qeyd edir. Həmişə olduğu kimi, bu müsahibədədə o, Putini və “Rusiya neo-imperializmini” postsovet məkanının əsas bəlası kimi göstərir.
Saakaşvili Gürcüstan modelini bütün postsovet məkanına örnək adlandırır. “Yeni hökümətin ilk aylarında qorxurduq ki, bunlar qurduğumuz sistemi dağıdacaqlar, lakin etmədilər. Bu, ondan xəbər verirdi ki, biz möhkəm bir siyasi sitem yarada bilmişik. Hər halda bu sistem Azərbaycandakı ailə dinastiyasından, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşıdır.
Bizim yaratdığımız sistem yaşadı – deməli seçkilərdəki məğlubiyyətimiz daha çox insanların 8 illik hakimiyyətdən yorulmasından irəli gəlirdi, apardığımız islahatları bəyənmədiyindən deyil. Ən azından biz ağrı-acısız hakimiyyət dəyişikliyinin nümunəsini göstərdik.
Azərbaycan, Rusiya, Orta Asiya ölkələrinin xalqları üçün bəlkə də mənim hakimiyyətdən getməyim daha maraqla qarşılandı, nəinki həyata keçirdiyimiz islahatlar”, - deyə o fikrini tamamlayır./azadlıq/
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı