Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Bakıda ilk hücumda 100-dək polis öldürüləcək (Fotolar)

“Meşə Qardaşları”: Bakıda ilk hücumda 100-dək polis öldürüləcək (Fotolar)

«Meşə Qardaşları» əməliyyat planlarının hazır olduğunu açıqlayıb, polislərin evlərini partladacaqlarını bəyan ediblər.

Artıq bir neçə gündür sosial şəbəkələrdə şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən Azərbaycanda dəhşətli terror aktları törədiləcəyinə dair məlumatlar yayılır.

Üç gün öncədən başlayan təhdidlərdə ilk olaraq Azərbaycan hakimiyyəti hədəf olaraq göstərilmişdi. İki gün öncədən isə bu sıraya polislər fərd olaraq əlavə edilib.

Qeyd edək ki, ilk məlumatı yayanlar sırasında «Meşə Qardaşları» və «Ceyşullah» terror təşkilatının adları çəkilirdi. Daha doğrusu, bu bəyanatları məhz həmin təşkilatların adından yaymışdılar. İki gün öncə yayılmış bəyanatın müəllifi ilə gizli saxlanılırdı. Dünən gecə saatlarında isə həmin terror təşkilatının da adı məlum olub.

Azərbaycan polisini hədəfə alan təşkilat «Meşə Qardaşları»dır. Onların adından yayılmış məlumatlar isə iki qismdən ibarətdir. Birinci bəyanatda deyilir ki, «Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq».

İkinci bəyanatda isə «Meşə Qardaşları» Bakıda olduqlarını vurğulayıblar. Və bildiriblər ki,  «qəddar Azərbaycan polislərinə qarşı terror hazırdır». «İlk hücumda 100-dək polis öldürüləcək».

Bildirək ki, belə bəyanatların sosial şəbəkələr vasitəsi ilə yayılmasına münasibət birmənalı deyil. Bəzi müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar məqsədli şəkildə yayılır. Məqsəd isə cəmiyyətdə gərginlik havası yaratmaq, toplumun qorxu reflekslərini oyaq tutmaqdır.

Bəzi müşahidəçilər isə iddia edirlər ki, prosesin təşkilatçısı elə hakimiyyətin özüdür. Onların qənaətinə görə, Qərblə münasibətlərində ciddi gərginlik olan iqtidar onlara bu yolla mesaj göndərərək, hakimiyyətdən gedəcəkləri təqdirdə ölkənin terrorçuların nəzarəti altına düşəcəyi fikrini yaratmaq istəyirlər.

Əlbəttə, belə cəsur fantaziyalar az adam üçün inandırıcı ola bilər - daxili sabitlik mövzusunu öz informasiya-təbliğat doktrinasının ən güclü başlığı olaraq istifadə edən rəsmi Bakının bu cür təhlükəli manipulyasiyalara əl atacağı məntiq dışı bir şey kimi görünür.

Lakin bütün bunlara baxmayaraq, davamlı olaraq terrorla bağlı xəbərdarlıq hallarının artması heç də yaxşı perspektiv vəd etmir. Ən azından ona görə ki, bu nəticə etibarı ilə real vəziyyətlərin yaranmasına gətirib çıxara bilər./jam.az/

 

2300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı