Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Əli İnsanovu şüşə qəfəsə salıb səsini kəsdilər

Sabiq səhiyyə naziri Əli İnsanovun bu gün Apelyasiaya məhkəməsində baş tutan məhkəməsi analoqu olmayan bir şəraitdə keçirilib. Musavat.com-un müxbiri E. Məmmədəliyev deyib ki, Əli İnsanov üçün xüsusi şüşə qəfəs düzəldiblər, onun içindən kənara səs getmir:

“Məhkəmə fövqəladə təhlükəsizlik və məhdudlaşdırmalar şəraitində keçirildi. Belə ki, keçən dəfəkindən fərqli olaraq, jurnalistlərin əlindən foto-video və diktafonlar girişdə alındı. Bu cihazları yığanlarsa mülki geyimli adamalar idilər. Biz dəqiqləşdirə bilmədik ki, onalar hansı xidmətə mənsubdurlar. Əli İnsanovu isə xüsusi düzəldilmiş şüşə qəfəsə salmışdılar. Onun səsini ancaq bir halda eşitmək olurdu. Hakim Sənan Hacıyev əlində olan xüsusi pultu basanda Əli İnsanov ətrafı eşidə bilir, həm də onun danışıqları ətrafdakılar tərəfindən eşidilirdi. Lakin düymə basılmayanda Əli İnsanov nə qədər hündürdən danışsa da, ətrafda duyulmurdu. O da ətrafı, xüsusi ilə də vəkillərini eşidə bilmirdi. Bu vəziyyət vəkillər tərəfindən etirazla qarşılandı, lakin hakim etiraza məhəl qoymadı. Əli İnsanov və onun vəkilləri başladılar əl-qol hərəkətləri və mimikalarala təmas qurmağa. Bu da nəticədə Əli İnsanovu qəzəbləndirdi. lakin qəzəblənmiş eks-nazirin nə dediyi yenə də eşidilmədi. Vəkillər bu dəfə onunla kağıza mətn yazaraq, şüşə arxasından oxumasını istədilər. Bu da uğurlu alınmadı”.

Hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə işə mülki və yaxud inzibati qaydada baxılması məsələsi müzakirə edilib. Ə. İnsanovun vəkilləri Toğrul Babayev və Ağaveys Şahverdi işə mülki qaydada baxılmasını təklif ediblər. Daha sonra hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Qərara əsasən işə inzibati qaydada baxılacaq, bunun üçün iş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Ə. İnsanov həbsxanada pis şəraitdə saxlanması və işgəncəyə məruz qalması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Lakin məhkəmə onun şikayətini təmin etməyib./azadlıq/
1814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat