Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Terrorçular İraqa keçə bilməyiblər

Suriyadan qiyamçı qrupunun İraq ərazisinə keçmə cəhdinin qarşısı alınıb
İraq ordusu Suriya ərazisindən "İraq və Şamda İslam Dövləti" (DAİŞ) ekstremist təşkilatı üzvlərindən ibarət böyük bir qrupun ölkəyə keçmə cəhdinin qarşısını alıb.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "əs-Suməriyə" telekanalı məlumat yayıb.

Məlumata əsasən, şənbə gününə keçən gecə İraqın təhlükəsizlik qüvvələri ölkənin Suriya ilə sərhədində yerləşən Ənbar əyalətinin Albu Kamal rayonunda onlarla silahlı görüblər. Silahlılar neytral zonaya keçərkən atıcı silahdan atəş edilib. İntensiv atışma bir saatadək davam edib. İraqlı hərbçilər terrorçuların bir qismini məhv etməyə müvəffəq olublar. DAİŞ üzvləri ölən və ağır yaralananları toqquşma yerində qoyaraq Suriya ərazisinə geri çəkilməli olublar. İraq ordusu sıralarında isə itki yoxdur.

Bildirək ki, İraqın qərbində yerləşən Ənbar əyalətində terror əleyhinə geniş miqyaslı kampaniya ötən il dekabrın 21-dən başlayıb. Həmin vaxtdan indiyədək yerli təhlükəsizlik qüvvələri iri yaşayış məntəqələrini DAİŞ üzvlərindən, demək olar, tamamilə təmizləyiblər.

Qeyd edək ki, İraq ordusunun əsas hədəfi Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə sərhədin təhlükəsizliyini təmin etməkdir.
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP