Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Hacı Abgül Süleymanovla görüşə icazə verilmir

Həbsdə olan ruhani Abgül Süleymanovun ailəsi ondan narahatdır.

Yanvarın 31-də vəkil Cavad Cavadlı “Media forum” saytına deyib ki, əlverişsiz hava şəraiti ucbatından məhbusla görüşmək üçün 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedə bilməyib: “Abgül Süleymanov artıq bir həftədir Bakı İstintaq Təcridxanasından həbsxanaya köçürülüb. Amma evlə telefon əlaqəsi saxlamır, ailəsinin göndərdiyi azuqəni ona buraxmırlar, görüşə də icazə verilməyib.

Ailəsindən mənə bildiriblər ki, heç bir ünsiyyət yoxdur, narahatdırlar. Vəziyyəti öyrənmək üçün vəkil kimi onunla görüşmək istədim. Yanvarın 31-də gedə bilmədik. Cəzaçəkmə müəssisəsinin yolları bərbaddır, sadəcə yolun adı var. Yəqin növbəti həftə getmək mümkün olar”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarmışdı. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdi. Şikayətə baxılması ilə əlaqədar məhbus 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07