Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Diktator dayısını necə edam elətdirdi?

Şimali Koreyanı təmsil edən rəsmi şəxs bu ölkə diktatoru Kim Çen Inın bibisinin əri (beynəlxalq media onu diktatorun dayısı kimi təqdim edir-red.) Çan Son Txekin necə edam edildiyini ilk dəfə açıqlayıb.

Şimali Koreyanın Böyük Britaniyadakı səfiri Xyon Xak Pon "Sky News” telekanalına müsahibəsində deyib ki, onun iriçaplı pulemyotla güllələndiyi, yaxud itlərə yedirildiyi haqda iddialar yalandır.

"Onu sadəcə olaraq güllələyiblər” - deyə səfir bildirib.

Xatırladaq ki, Şimali Koreyanın de-fakto ikinci adamı olan Çan Son Txek dekabrın 9-da həbs edilib və bir neçə gün sonra onun edam edildiyi açıqlanıb.

Səfir Xyon Xak Pon Şimali Koreya liderinin qohumunun günahları haqda danışaraq deyib ki, o, antipartiya və antihökumət çıxışları edirmiş, həmçinin öz hərəkətləri ilə iqtisadiyyata zərbə vururmuş. Diplomat deyib ki, təkcə 2009-cu ildə Çan Son Txek 4,6 milyon dollar xərcləyib. Onun bildirdiyinə görə, əvvəllər də Txekin bu cür əməlləri aşkar olunub, ancaq hər dəfə onu bağışlayıblar.

"Bu dəfə isə o, qırmızı xətti keçdi və cəzalandırıldı” - deyə diplomat bildirib.

Səfir Çan Son Txeklə bərabər onun bütün nəslinin edam edildiyinə dair yayılan xəbərləri də şərh edib, bunu "düşmən təbliğatı” adlandırıb: "Mən bu cür uydurmalara münasibət bildirmək istəmirəm”./virtualaz/
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22