Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Bərdədə naməlum şəxs tapança ilə 66 yaşlı kişini yaralayıb

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

İnsident Bərdənin rayon mərkəzində yerləşən avtomobil yuma məntəqələrinin birində baş verib.

Belə ki, avtoyuma məntəqəsinə gələn naməlum şəxs «Makarov» markalı tapançadan burada beş dəfə atəş açıb. Xöşbəxtlikdən 5 güllədən yalnız biri Bərdə rayon sakini Vaqif Əvəzova dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralının vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisə qan davası ilə bağlı törədilib. Atəş açan şəxsin kimliyi məlum olmadığından, polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır./apa/
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu
Go to TOP