Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Əsəd dövləti danışıqları tərk etdi

Suriya hakimiyyətinin nümayəndə heyəti Kerrinin bəyanatından sonra müxalifətlə danışıqlardan imtina edib

ABŞ dövlət katibi Con Kerrinin yanvarın 22-də Montrödə konfransın açılışında verdiyi bəyanatından sonra Suriya hakimiyyətinin nümayəndə heyəti Suriya Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyası (SMİQMK) ilə birbaşa danışıqlar aparmaqdan imtina edib.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə suriyalı jurnalistlərə müsahibəsində Cenevrədən qayıdan hökumət nümayəndə heyətinin rəhbəri Suriya XİN rəhbəri Valid əl-Müəllim deyib.

“ABŞ bizdən SMİQMK ilə birbaşa danışıqlar aparmağı tələb etdi, lakin biz bildirdik ki, Kerri Montrödəki çıxışında səsləndirdiyi ifadələrinə görə üzr istəməyincə bunu etməyəcəyik”, deyə Suriya XİN rəhbəri deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri çıxışında qeyd etmişdi ki, Bəşər Əsəd öz xalqına qarşı törətdiyi qəddarlıqlardan sonra Suriyanın gələcəyində heç bir rolu olmamalıdır.

Suriya XİN rəhbəri Valid əl-Müəllim prezident Bəşər Əsədin səlahiyyətlərinin bir qisminin keçid hakimiyyət orqanına və ya hökumətinə verilməsi variantını tamamilə istisna edib: “Bu cür addım Suriya xalqının referendumda dəstəklədiyi konstitusiyaya zidd olacaq”.
1673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22