Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Məşhur reytinq şirkəti Əliyevin yalanlarını faş etdi

ABŞ-ın məşhur “Standard and Poor`s" reytinq şirkəti Azərbaycanın yaxın və uzaq dövr üçün suveren kredit reytinqini müəyyənləşdirib. Reytinq ümumən stabil hesab olunub. Bununla yanaşı şirkətin mütəxəssisləri hesab edir ki, Azərbaycanın fiskal (maliyyə) balansı getdikcə pisləşir. Onlar hesab edir ki, ölkə iqtisadiyyatı cüzi şəkildə şaxələndirilir (yəni qeyri-neft sektoru çox zəif şəkildə inkişaf edib). İqtisadiyyatda institutsional islahatlar aparılmır.
Bu təşkilat ayrı-ayrı ölkələrin və şirkətlərin kredit reytinqinin müəyyənləşdirilməsiylə məşğul olan bir neçə strukturdan biri hesab olunur. Təşkilat mütəxəsislərinin ölkənin iqtisadi inkişafı baxımından iki mühüm əhəmiyyət kəsb edən məsələyə diqqət yetirməsi onların Azərbaycandakı vəziyyətdən yaxşı xəbərdar olmasını göstərir. Qeyd etmək yerinə düşər ki, İlham Əliyevin daima qeyri- neft sektoruna xüsusi diqqət göstərilməsindən danışması və iqtisadi islahatlar aparılması haqqında bəyanatlar verməsi bu məhşur təşkilatın mütəxəsislərini inandıra bilməyib. Onlar Azərbaycan iqtisadiyyatında mövcud vəziyyəti dərindən və dəqiq şəkildə təhlil edərək belə qənaətə gəliblər ki, Azərbaycanda qeyri-neft sektoru çox zəif inkişaf edib və ciddi qitisadi islahatlar aparılmayıb. Bu vəziyyət isə ölkəyə iqtisadi inkişaf baxımından yaxşı heç nə vəd etmir./azadlıq/
1735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı