Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Az yuxu orqanizmə zərərlidir

Məlumata görə az yatmaq insanda artıq çəkiyə səbəb olur. Amerikalı elm adamlarının tədqiqatlarına görə normal yuxudan təxminən 1 saat 20 dəqiqə az yatmaq, insan çəkisinə və sağlamlığına mənfi təsir göstərir.
11 gün boyunca 17 iştirakçını tədqiqatlara cəlb edən elm adamları az yuxu yatanların çox yemək yediyini müşahidə ediblər. Tədqiqatlarda iştirak edən ilk 9 adam normal yuxu, ikinci qrupdakılar isə 80 dəqiqə az yuxu yatıblar. Nəticədə ilk qrupdakıların normal şəkildə qidalanmaya davam etdiyi, ikinci qrupdakıların isə artıqdan 549 kalori aldığı müəyyən edilib.
Tədqiqat nəticələri San Diego şəhərində "maddələr mübadiləsinə" həsr olunan konfransda açıqlanıb və az yuxunun qidalanma vərdişləri, iştah ilə əlaqəli olduğu üzə çıxıb. Mövzu ilə əlaqədar məqalə isə Fransanın "Le Figaro" qəzetinin internet saytında dərc olunub.
Onuda qeyd etmək lazımdır ki, yuxusuzluq kökəlmə ilə yanaşı, digər xroniki xəstəliklərə səbəb olur. Yüksək təzyiq, şəkər, ürək xəstəlikləri və infeksiyalara tutulma riskini artırır. Depressiyaya səbəb olan yuxusuzluq həyat keyfiyyətini aşağı salaraq, yorğun və aqressiv olmağa təsir edir.
Bu baxımdan yuxu pozğunluğu olan şəxslər kökəlməyə səbəb olan yanlış vərdişləri tərgitməli və düzgün həyat tərzinə yönəlməlidirlər. Çəkini qorumaq da vacibdir. Nizamlı olaraq idman etmək yuxu keyfiyyətini artırmağa kömək edir. Bütün bunlar həm sağlamlıq üçün həm də artıq çəki üçün xeyirlidir.
1791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11
<