Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Gülər Əhmədovanın səhhəti ilə bağlı Rəsmi açıqlama

Sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində problem olmadığı üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülməyib.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.

H. Əlixanovun sözlərinə görə, bir müddət əvvəl o, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin qəbulunu keçirib.

Həmin vaxt orada saxlanılan G. Əhmədova səhhəti ilə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini xahiş edib: «Biz də o müraciətlə bağlı Baş Səhiyyə İdarəsinə məlumat verdik. Onların mütəxəssisləri tərəfindən Gülər Əhmədova müayinə edildi. O, səhhətində heç bir problem olmadığına görə müalicə müəssisəsinə köçürülmədi».
1769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30