Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

“Avro-4» standartına keçidin arxasındakı çirkin oyunlar

Telman Zeynalov: «Bu standarta keçidlə əlahinin 90 faizi dilənçi gününə düşəcək»

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, Azərbaycana idxal olunan bəzi avtonəqliyyat vasitələri ekologiyaya ziyan vurur, mövcud ekoloji standartlara cavab vermir. Bu baxımdan komitə sədri Azərbaycanda “Avro-4" ekoloji standartlarına keçidlə bağlı qəbul olunmuş qərarı olduqca önəmli sayır: ”Bu qərar qəbul olunubsa, deməli buna ehtiyac var. “Euro-2" standartı ən aşağı standart idi. ”Euro-4"ə keçid avtomobillərin idxal tələblərini artıracaq, ekologiyanın qorunmasına xidmət edəcək".

Aydın Əliyevin sözlərinə görə, bu standarta keçid köhnə avtomobillərin tədricən aradan qaldırılması və tıxac probleminin həllinə xidmət edir.

Xatırladaq ki, aprelin 1-dən Azərbaycanda “Avro-4" ekoloji normaları tətbiq ediləcək.

Konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Yeni standartlara əsasən, aprelin birindən Avropa Ittifaqı ölkələrindən 2005-ci ildən, ÿABŞ-dan 2004-cü ildən, Koreyadan 2006-cı ildən, Türkiyədən 2009-cu ildən, Yaponiya və Çindən isə 2011-ci ildən əvvəl istehsal olunmuş avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək.

Dövlət Gömrük Komitəsinin sədri “Avro-4" standartının tətbiqilə tıxac probleminin həll olunacağını iddia etsə də, paytaxtın ümumi mənzərəsi bu haqda deyilənlərə şübhə ilə yanaşmağa əsas verir. Çünki son dövrlərdə körpülər, yol qovşaqları, yeraltı-yerüstü keçidlər və s. tikiləndə də məmurlar eyni iddiada bulunmuşdular. Amma ortada heç bir nəticə yoxdur.

“Avro-4" standartına keçidlə ekoloji problemin həllinə dair Aydın Əliyevin iddiasına gəlincə, ekoloq Telman Zeynalov buna da şübhə ilə yanaşır. Ekspert ilk növbədə onu vurğulayır ki, Azərbaycan ”Avro-4" yanacağı istehsal etmirsə, bu standarta necə keçə bilər? Ekoloqun fikrincə, ortada kimlərinsə çirkin oyunları gedir və ölkəyə olduqca yüksək qiymətə “Avro-4" standartlı maşınlar gətirilir: ”Hamı bilir ki, əhalinin 70 faizi evini girov qoyaraq kreditlə maşın götürüb, güzəranını təmin edir. Indi həmin zümrəni ac-yalavac qoymaq üçün bu addım atılır. “Avro-4" standartına keçməklə millətin 90 faizi yenə də dilənçi sifətinə düşəcək. Bu barədə sərəncam verməmişdən öncə əhalinin neçə faizinin köhnə maşınlardan istifadə etdiyini öyrənmək lazımdır. Əvvəlki illərin maşınları xaricdən təmir olunaraq bura gətirilir. Onların istifadəsi kimə mane olur? Hazırda istifadədə olan taksilərin 90 faizini həmin köhnə maşınlar təşkil edir və insanlar bu yolla ailəsini dolandırır. ”Avro-4" standartına keçidlə belə çıxır ki, yanacağı da xaricdən alacaqlar. Bəs bu ölkənin nefti mənim nəyimə lazımdır? Neftin hasilatı nəticəsində xaricdə istehsal olunan Avro-4, 5, 6 yanacağını mənə 10 qat artığına satmalıdılar? Bu standartın tətbiqilə ekoloji problemin həllini iddia etmək doğru deyil. Əsas problemləri həll etmədən, bu standartın tətbiqini söyləmək millətin əksər faizini ağır günə salmaq deməkdir"./azadlıq/
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...