Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Vərəm daşıyıcılarını orduya göndərənlər niyə cəzalandırılmır?

Üzeyir Cəfərov: 106 çağırışçıya görə heç olmasa, 50 nəfər haqqında cinayət işi başlanmalı, araşdırma aparılmalıydı»

Hərbi prokuror Xanlar Vəliyev rəhbərlik etdiyi qurumda keçirilən kollegiya iclasında deyib ki, Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunub. Sabiq maliyyə xidməti rəislərinə qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələrilə ittihamlar irəli sürülüb.

Hərbi prokurorun sözlərinə görə, silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, o cümlədən hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin sayı artıb.ÿAmma silahlı birləşmələrdə ölüm halları 21,4 faiz, o cümlədən qəsdən adam öldürmə 33,3 faiz, özünü öldürmə həddinə çatdırma isə 70,6 faiz azalıb.

Hərbi ekspert Üzeyir Cəfərov hərbi prokurorun məsələlərə bu cür yanaşmasıyla razılaşmır. Deyir ki, pozuntularla bağlı hansısa faiz göstəricisilə danışmaq yalnız quru statistikanı əks etdirir: “Konkret olaraq üç rayonda Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətilə bağlı fərqli məqamlar var. Bu da Müdafiə Nazirliyinin 2014-cü il yanvarın 1-dən 15-nə qədər hərbi xidmətə çağırılan gənclərdən 106 nəfəri geri qaytarmasıdır. Onlardan 17 nəfəri vərəm, digərləri də ağır xəstəlikdən əziyyət çəkir. Üç rayondan söhbət gedirsə, onda 106 çağırışçıyla bağlı heç olmasa, 50 nəfər haqqında cinayət işi açılmalı, araşdırma aparılmalıydı. Bunun bir qədər fərqli formada həyata keçirildiyi istisna deyil. Çağırışçılarla müəyyən maraqlar əsasında anlaşma əldə edilir. Daha kəskin desək, prezidentin sərəncamını sabotaj edən, təxribatla məşğul olan həmin qurumun başında duran general Arzu Rəhimov məsuliyyətə cəlb olunmalıdır. Çünki dövlətin bir qurumu digər quruma faktiki olaraq problemlər yaradır və vərəm kimi ağır xəstəliyin daşıyıcılarını orduya göndərir. Kollegiyada Müdafiə Nazirliyindən söhbət getdi, bəs digər güc qurumları?!”

Ekspert onu da qeyd edir ki, orduda nizamnamə pozuntularının sayı azalmayıb, bu sahədə çox ciddi problemlər var. Onların həlli üçün güc strukturları səfərbər olunmalıdır.

Ü.Cəfərov eyni zamanda, hesabat xarakterli belə çıxışların ordu üçün heç bir rol oynamadığını vurğulayır: “Hər bir faktın arxasında bir insan taleyi dayanır. Güc strukturları isə sanki qış yuxusundadır. Baş verən hadisələr əsgərlərin yaş həddi, onlar arasındakı problemlərdən yaranır. Naxçıvanla bağlı xeyli problomlər olsa da, Yaşar Həsənov nədənsə, bunların heç birini dilinə gətirmir. Naxçıvanda oturub dövlətdən vəzifə məvacibi almaq asandır. Xeyli məsələlər var ki, Hərbi Prokurorluq çeviklik, operativlik göstərməlidir. Statistik rəqəmlər deyib hesabat xarakterli məsələlər səsləndirməklə işlərini bitmiş hesab etməsinlər. Ordu ilə bağlı açıqlanan müəyyən məsələlər barədə cəmiyyətə məlumat verilsə, cinayətə meylli adamlar da cinayətlərdən çəkinəcək”./azadlıq/
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı