Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Azərbaycanda 146 tələbə və şagird dünyasını dəyişib

2013-cü ildə ölən tələbə və şagirdlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda dünyasını dəyişmiş tələbə və magistrlərin sayı açıqlanıb. İnterAz-ın Tələqə Qəbulu Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə-Məzun” Dövlət Elekton Məlumat Sisteminə bakalavr səviyyəsində təhsil alan 85 tələbənin və 1 magistrin ölümü ilə bağlı məlumat daxil olub.

Məlumatlar “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sistemində qeyd olunub. Sistemdə həmçinin tam orta ixtisas bazası üzrə təhsil alanların 28-nin öldüyü bildirilir.

Sistemdə ümumi orta ixtisas bazası üzrə təhsil alan 32 şagirdin də vəfat ediyi qeyd olunub.

Qeyd edək ki, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sisteminə ümümilikdə 146 nəfər tələbə- şagirdin ölməsi barədə məlumat daxil edilib.

Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi (TMDEMS) 28 mart 2012-ci ildən yaradılıb.
1607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı