Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Neft gəlirlərinin yarıdan çoxu "yeyilib"

Son 10 ildə 110 milyard gəlir, 65 milyard xərcləmə; bunun nə qədəri korrupsiya predmeti olub?

Qubad İbadoğlu: «Ötən il neft gəlirlərinin pik dövrü olsa da, gələcək nəsillərə 1 qəpik də saxlanılmayıb»

2003-2013-cü illər ərzində Dövlət Neft Fondunun (ARDNF) gəlirinin həcmi 110 milyard dolları ötüb. 2013-cü ilin yekunlarına görə, son 10 ildə bu qədər vəsaitin 65 milyard dolları və ya 59 faizindən çoxu xərclənib.
Yalnız dövlət büdcəsinə transfertin həcmi 2003-2011-ci illərdə 59 milyard dollara çatıb. Fondun məlumatına görə, 11 il ərzində dövlət büdcəsinə 46,435 milyard manat pul köçürülüb. Manatla dolların illər üzrə məzənnəsini əsas götürsək 2003-cü ildən bəri ayrılan vəsaitin dollarla dəyəri 58,693 milyard olub.ÿ2014-cü ildə fonddan transfertlər 9,3 milyard manata endiriləcək. Bunun sayəsində ümumi büdcə daxilolmalarında onun payı 50,8%-ə düşəcək.
Qeyd edək ki, Neft Fondundan dövlət büdcəsinə köçürmələr hazırda fondda toplanan valyuta ehtiyatlarından (təxminən 45 milyard dollar) 13,7 milyard dollar çoxdur.Fondun məlumatına görə, dövlət büdcəsinə transfertdən başqa, 2014-cü il yanvarın 1-nə kimi müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 4,61 milyard manat xərclənib.
Beləliklə, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondunun cəmi ayırmaları 51,045 milyard manat (65 milyard dollar) təşkil edib. Fondun hazırkı aktivləri nəzərə alınmaqla Azərbaycanın neft gəlirləri 110 milyard dollardan çox olub.
Bu 10 ildə “qara qızıl”ın 110 milyard gəlir gətirməsi və bunun 65 milyardının xərclənməsi rəsmi məlumatdı.
Bəs, bu xərcləmələrin nə qədəri qanuni, nə qədəri korrupsiya xərcləmələridi?

İqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, bu xərcləmələrə tam nəzarət etmək və dəqiq qiymətləndirmək çətindir: “Bu rəqəmlərə diqqət edəndə görürük ki, vəsaitlərin təxminən 60 faizi xərclənib və bu hal ciddi narahatlıq doğurur. Bu həm də gələcək nəsillərin arasında neft gəlirlərinin ədalətli bölüşdürülməsi prinsipi ilə ziddiyyət təşkil edir. Çünki, vəsaitin çox hissəsi indiki nəsil tərəfindən xərclənir. Ona görə biz bu suala cavab tapmalıyıq ki, niyə bu qədər çox vəsait xərclənir. Bu vəsaitlərin nə qədərinin mənimsənilməsini, korrupsiya predmeti olmasını söyləmək isə çox çətindir. Çünki, bu vəsaitlər müxtəlif məqsədlər üçün xərclənib. Məsələn, bu vəsaitin 1.7 milyardı məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, 100 milyonu gənclərin xaricdə təhsil almasına, 1 milyardı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə xərclənib. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı ciddi korrupsiya faktlarını ortaya qoymaq olar, ancaq Azərbaycanın ”Tanap"dakı payının maliyyələşdirilməsində, xaricdə təhsil alanlarla bağlı vəsaitin xərclənməsində korrupsiya faktlarının olmasını iddia etmək çətindir. Demək istəyirəm ki, müxtəlif layihələrə, fərqli yanaşmalar tələb olunur. Ancaq, neft və qaz gəlirlərinin uzunmüddətli dövrdə istifadə strategiyasına görə gəlirlərin 25 faizi gələcək nəsillərə saxlanılmalıdı. Amma keçən il neft gəlirlərinin pik dövrü olsa da, gələcək nəsillərə 1 qəpik də saxlanmayıb. 2012-ci ildə 78 faiz xərcləndi, 22 faiz saxlanıldı. Son dövrlər xərcləmələr artdığına görə, gələcək nəsillərə vəsait saxlanılmasında problem yaranıb"./azadlıq/
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı