Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Günün karikaturası - qaz plitəsində kibrit alovu

Bu, əslində günümüzün karikaturasıdır. Sosial şəbəkələrdə paylaşılan bu şəkli kim ərsəyə gətiribsə, söz yox, yaradıcı təfəkkürə malikdir, o kağız üzərində çəkəcəyi karikaturada göstərmək istədiyini real olaraq, qaz plitəsinin üstündə, kibrit çöpləri ilə yaradıb.

Bu saat ölkənin, eləcə də onun paytaxtının yarısından çoxunda vəziyyət bu cürdür. Qaz plitələrində alov görmək istəyirsənsə, gərək onu özün təşkil edəsən. Amma bu mavi alov olmayacaq, simvolik od olacaq.

Budur, xəbər gəlir ki, ölkənin 3-cü ən böyük şəhəri olan Sumqayıt qazsız, işıqsız qalıb, əhali əziyyət çəkir, özünü tundrada hiss edir.

Avropaya qaz satmaq istəyən, özünü Türkmənistandan və Rusiyadan sonra regionun qaz nəhəngi sayan, qazlı-qazlı sazişlər imzalayan ölkənin əhalisinin qaza ən çox tələbat duyduğu bu qarlı günlərdə "qaz imtahanı"na çəkilməsi absurddur.

Adam düşünür ki, bu qədər təbii resursu, enerjidaşıyıcı ehtiyatları olduğu halda məmləkət əhli qışda bu qədər əziyyət çəkirsə, gəlin, görün, bu ehtiyatlar olmasaydı, nələr olardı. Bu təsərrüfatsızlıqla, bu səriştəsizliklə, işbilməzliklə, xalqın problemlərinə göstərilən etinasızlıqla yəqin ki, biabırçılıq olardı.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...