Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Sual: İmam Hüseyn (ə) türbəti deyildikdə hara torpağı və hansı əhatədə olan yer nəzərdə tutulur? zəhmət olmasa digər müctehidlərin də nəzərini yazasınız əgər mümkünsə öncədən təşəkkür edirəm
Ad: Allahin qulu, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Vəhid

Cavab:
Bismillahir-rəhmanır-rəhim
İmam Hüseyn (ə) türbəti, imam Hüseynin (ə) qəbrindən, yaxud qəbrinin ətrafından götürülmüş torqağa deyilir. Şiələr bu torpaqdan şəfa məqsədilə və namazda üzərinə səcdə etmək üçün istifadə edirlər.

İmam Xomeyni (rh) buyurur: Qəti olan budur ki, imam Hüseyn (ə) türbəti deyildikdə, o həzrətin qəbrinin özündən və ürfü baxımdan qəbrə bitişik yerlərdən götürülmüş torpaq nəzərdə tutulur ("Təhrirul-vəsilə": c.2, səh 156).

Təqlid mərcələrindən bəzilərinin nəzəri budur ki, İmam Hüseyn (ə) türbətinə səcdə etməyin fəziləti və o türbətdən şəfa məqsədilə az bir miqdar yeməyin hökmü, imam Hüseynin (ə) qəbrinin və bir az onun ətrafına məxsusdur. Kərbəlanın digər torpaqları möhtərəm olmasına baxmayaraq, imam Hüseynin (ə) qəbrinin və onun ətrafının hökmündə deyil ("Tövzihul-məsail mərace", 2628-ci məsələdə Ayətullah Behcətin (rh) nəzəri, Ayətullah Xamenei və Ayətullah Sistaninin dəftərxanaları).

Bəzi rəvayətlərə əsasən, Kərbəla torpağı imam Hüseynin (ə) qəbrindən hər tərəfə 5 fərsəx (hər fərsəx 5.5 km-dir) imam Hüseynin (ə) qəbrindən hesab edilir ("Vəsailuş-şiə", c.14, səh. 513).

Təqlid mərcələrindən bəzilərinin də nəzərinə əsasən, rəvayətlərdə gəlmiş imam Hüseynin (ə) türbəti o həzrətin (ə) qəbrindən hər tərəfə 5 fərsəxdir (hər fərsəx 5.5 km-dir). Amma həzrətin qəbrinə yaxın olan yerlərin fəziləti daha artıqdır (Ayətullah Vəhidin dəftərxanası).

http://sual.nur-az.com/az/
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...