Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

«Qafqazlılara qarşı hücumları yəhudilər idarə edir»

Rusiyada qeyri ruslara qarşı basqınlar davam edir, media prosesləri qızışdırır, hökumət isə yönəldir
Moskvada yaşayan həmyerlilərmiz «Bizim Yol»a danışdı: «Küçəyə çıxmağa belə risk eləmirik»

Rusiyanın paytaxtı yenə həmyerlilərimiz üçün cəhənnəmə çevrilib. Qurban bayramına hazırlaşan soydaşlarımız özləri elə qurbanlıq kimi hiss edərək evlərinə qısılıb aranın sakitləşməsini gözləmək məcburiyyətində qalıblar.
Dünən Moskvada Biryulyovo meyvə-tərəvəz bazasında miqrant olduqları güman edilən 1000 nəfərədək adam polis tərəfindən saxlanılıb. Moskva polisi məlumat yayıb ki, bazarda içində milyonlarla rubl pul, 3 ədəd travmatik tapança və digər silah-silah saxlanılan avtomobil aşakar olunub.

Rusiyanın NTV kanalının yaydığı son məlumatlara görə, Moskva polisi və OMON Moskvada qafqazlılaqın nəzarətində olan digər meyvə-tərəvəz bazalarında, onların yaşadıqları mənzillərdə reydlər aparıblar. Ümumikidə 2 min nəfərdən artıq miqrant saxlanılıb ki, onların da sırasında xeyli azərbaycanlı var. Saxlanılanlar arasında digər qafqazlılar, Orta Asiya ölkələrindən gələnlər də var.
Hər şey ötən bazar gecəsi başlanıb. Cümə axşamı gecəsi Buryulevin şərqində sevgilisinin gözü qarşısında bıcaqlanmış 25 yaşlı Yeqor Şerbakovun qatilinin tapılmamasından hiddətlənən rus millətçiləri meyvə-tərəvəz bazasını mühasirəyə alıblar. Çünki qız deyib ki, Şerbakova bıcaq zərbəsi endirən (qeyri-rus idi) ya qafqazlı, ya da Mərkəzi Asiya kökənli oub. Axşam saatlarında onsuz da bütün bədbəxtliklərinin səbəbini gəlmələrdə görən rus skinhedləri Biryulyovo bazasına daxil olaraq oranı viran qoyublar. Bu zaman onlara “durun” deyən də olmayıb. Amma sonra onlar şəhərin mərkəzinə üz tutaraq yol boyu qeyri-ruslara məxsus bütün obyektlərə hücum çəkməyə başlayıblar. Vəziyyətin tam nəzarətdən çıxacağından qorxan rus hökuməti OMON-u işə salıb və yalnız bundan sonra ixtişaşlar sona çatıb. Nəticədə 7 nəfər polis yaralanıb, azı 400 skinhed isə saxlanılıb. Onlardan da 70 nəfər inzibati işlər üzrə məhkəməyə çıxarıb cərimələnərək sərbəst buraxılıblar, iki ən aktiv skinhed 48 saat həbs cəzası alsa da, digərləri “profilaktik” söhbət edərək sərbəst buraxıblar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-ya bildirib ki, iğtişaşlarda Azərbaycan vətəndaşlarının xəsarət almayıb. Ticarət Mərkəzində və meyvə-tərəvəz bazasına hücumlar zamanı döyülənlər Orta Asiyadan olanlardır. Azərbaycanlıların xəsarət alması ilə bağlı heç bir məlumat yoxdur”.
Moskvada yaşayan həmyerlimiz Vüsal Kərimov “Bizim Yol”un əməkdaşı ilə söhbətində vəziyyətin kritik olduğunu və soydaşlarımızın küçəyə belə çıxmağa risk etmədiklərini deyib. Həmyerlimiz yaranmış vəziyyətə görə Rusiya mediasını ittiham edib: “Burada telekanallar açıq-aydın qeyri-ruslara qarşı nifrət yayan xəbrlər verirlər. Məsələn, “Rossiya” kanalında Mamontov meyvə-tərəvəz bazası haqqında reportajda bir soz dedi - “Son vaxtlar burada meyvə-tərəvəzdən başqa silah və narkotiklər də satılır”. Bu kimi xəbərlər isə rusları qızışdırmağa xidmət edir”.
Həmsöhbətimizin sözlərinə görə, əslində Rusiyada hər gün yüzlərlə kriminal hadisə baş verir, amma bir qafqazlı ilə bağlı baş verən olay xüsusi şişirdilir. Məsələ bütün tele-radio kanallardan düşmür, gün ərzində təkrar-təkrar “qafqazlılar filan cinayəti etdi” deyə reportajlar verirlər və bu da son nəticədə bizlərin həyatını təhlükə altına atır».
«Əslində cinayətkarın milləti olmasa da, bir cinayətkara görə ruslar bütün qafqazlıları cəzalandırmaq istəyirlər». Bu fikri isə 11 il Rusiyada bizneslə məşğul olan digər həmyerlimiz Fərid Abbasov “Bizim Yol”un əməkdaşına bildirib: “Rusiyada faşistlər də idarə olunur. Təəssüf hissi ilə deməliyəm ki, Rusiya faşistələrini bu ölkənin faktiki olaraq var-dövlətinə nəzarət edən yəhudilər nəzarət edir. Yəhudilər diqqəti özlərindən yayındırmaq üçün qafqaz və Orta Asiyalıları hədəf kimi skinhedlərə göstərirlər. Skinhed dəstələri də onların nəzarətindədir. Pullarını da, təlimatlarını da onlar verirlər”.
F.Abbasov Rusiaya hökumətinin də miqrantlara təzyiq üçün skinhedlərdən istifadə etməsini istisna etmədi. Adətən əmək miqrantları vasitəsilə Kreml yaxın qonşu ölkələrinə təzyiq etmək istəyir. Qarşıda isə Azərbaycanın MDB Gömrük İttifaqına qoşulması məsələsi var. Bu baxımdan adı bir kriminal hadisənin bu qədər şişirdilməsi yəqin ki, rəsmi Moskvaya bu qədər lazım olmazdı.
Yeqi gəlmişkən qeyd edək ki, Şerbakovun qızına hücüm edən şəxsin görüntüləri də təhlükəsizlik kameralarına düşüb. Bu şəxsin hakimiyyətin sifarişi ilə bu vəhşiliyi etməsi istisna olunmur.
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber