Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2014

Hicab məsələsi tək islama aid deyil

Hicab məsələsi siyasət yox, iman və din məsələsidir və tək islama aid deyil – Nazim Zeynalov
“Hicab qadının namusunun qorunub saxlanmasına xidmət edir, qadının hüquqlarının tapdalanmasına və onun cəmiyyətdən təcrid edilməsinə yox”

Əslində, hicab məsələsi heç bir halda siyasət yox, iman və din məsələsidir, və tək islama aid deyil. Bunu İnterAz-ın Moskva müxbirinə 1 fevral Beynəlxalq hicab günü və hicab məsələsinin bir sıra ölkələrin, o cümlədən də, Rusiyanın müasir cəmiyyətlərində siyasiləşdirilməsi ilə bağlı açıqlamasında tanınmış rusiyalı ilahiyyatçı Nazim Zeynalov bildirib.

Onun sözlərinə görə, xristian qadınların geyim elementləri müsəlman qadınların geyimmindəki elementlərdən heç bir şeylə fərqlənmir. “Belə ki, məsələn, pravoslav qadınlar üçün onların baş örtüyü (yaylığı) onlar üçün müqəddəslik və Allah qorxusu rəmzidir. Zahirən müsəlman xanımları onlardan nə fərqləndirir?”, - deyə N.Zeynalov sual edir.

İlahiyyatçının qənaətinə görə, hakimiyyətə o faktı çatdırmaq lazımdır ki, bu məsələni siyasiləşdirənlər Rusiyanın və Rusiya mədəniyyətinin düşmənləridirlər. “Vətənimizin ərazi və mənəvi bütövlüyünə biganə olmayan bütün vətəndaşlar gözəl bilirlər ki, düşmənlər onlara bu işdə bilərəkdən və ya bilməzdən dəstək verənləri ətrafında qruplaşdıraraq hansı yollarla millətlərarası və konfessiyalararası ədavət salmaq istəyirlər”. Zeynalov belə hesab edir.

“Biz, Rusiya müsəlmanları olaraq, ayıq olmalı və Vətənimizə qarşı təxribatlara uymamalıyıq. İslam dininin təmsilçiləri hicab məsələsi və bütün başqa məsələlərə özlərinin mədəniyyəti və mənəviyyətinə arxalanaraq yanaşmalıdırlar”, - deyə ilahiyyatçı qeyd edib.

Zeynalovun fikrincə, nəinki müsəlmanlara, digər konfessiya və ideologiya tərəfdarlarına dini dözümlülük, anlaşma və qaşılıqlı hörmət nümayiş etdirmək zəruridir, çünki sağlam və möhkəm cəmiyyət məhz bunun üzərində qurulur.

“Bilmək vacbdir ki, hicab – həm Rusiya üçün ənənəvi mədəniyyətlə, həm də ki hamımızın sayğı göstərib hörmət etdiyimiz Konstitusiya ilə ziddiyət təşkil etməyən iman məsələsidir. Rusiya Konstitusiyasının 14-cü maddəsində deyilir ki, Rusiya – dünyəvi dövlətdir və onun hər bir vətəndaşı istənilən dinə sitayiş etmək hüququna malikdir. Dini birliklər dövlətdən ayırılıb və qanun qarşısında bərabərhüquqludurlar. Anlamaq zəruridir ki, mənəvi imanın əsaslarından birinin təzahürü olan hicab qadının namusunun qorunub saxlanmasına xidmət edir, qadının hüquqlarının tapdalanmasına və onun cəmiyyətdən təcrid edilməsinə yox”, - deyə rusiyalı ilahiyyatçı Nazim Zeynalov vurğulayıb.
1897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10