Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Bakıda 14 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Bölgələrdə havanın temperaturu 20 dərəcə şaxta olacaq, bəzi yerlərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 7-12°, yarımadanın bəzi ərazilərində 14°-dək şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 8-10°, gündüz 1-3° şaxta təşkil edəcək. Atmosfer təzyiqi 780 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaqdır. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 9-14°, bəzi yerlərdə 15-20° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gecə 15-20°, gündüz 1-6° şaxta olacaqdır. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal edilir. Gecə 12-17° , gündüz 1-6° şaxta, dağlarda gecə 18-23°, yüksək dağlıq ərazilərdə 25-30° şaxta, gündüz 6-10° şaxta olacaq, yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə 8-13° , gündüz 0-3° şaxta, dağlarda gecə 18-23°, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı