Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Qızı ilə evlənmək üçün Buşu öldürmək istədi

Nyu-York polisi keçmiş prezident Corc Buşu(kiçik) öldürməklə təhdid edən Benjamin Smiti həbsə atıb. Həbs zamanı Smit avtomobilin içində olub. Kişinin üstündə silah, iki qutu patron tapılıb. Yaxalanarkən kişi mütləq Buşu tapaçağını və onu cəzalandıracağını deyib. Polisin məlumatına görə, Nyu-Yorkda yaşayan B.Smitin Buşu öldürmək istəməsi onun qızı Barbara Buşu sevməsidir. Smitin yaxalanmasında anasının böyük rolu olub. Belə ki, ana oğlunun yazıb evə qoyduğu məktubu tapandan sonra şoka girib. Məktubda “Mən əjdahanı öldürməliyəm. Ancaq o halda Barbara mənim olacaq. Amerika bitib artıq. Obama və başqaları ilə birgə...” yazılıbmış. Məktubu tapan anası dərhal polisə bu barədə məlumat verib və artıq oğlunun evdəki silahı da götürdüyünü deyib. Smitin yerini telefonundan gələn siqnal vasitəsilə müəyyənləşdiriblər. Gəncin tapılıb zərərsizləşdirilməsi ilə ABŞ-ın məxfi xidmətləri məşğul olub.
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
23.04.17, 15:33