Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Azərbaycanda ən çox maaş alan kimlərdir?

Hazırda həmin sektorda özəl sahə üzrə orta aylıq əməkhaqqı 1421 manat təşkil edir

Son 10 il ərzində informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqları 5,4 dəfə artırılaraq, 670 manata çatdırılıb ki, bu da respublika üzrə orta aylıq əməkhaqqından (417 manat) təxminən 1,6 dəfə yüksəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda telekommunikasiya sektorunda özəl sahə üzrə orta aylıq əməkhaqqı isə 1421 manat təşkil edir.

Qeyd edək ki, cari ilin 9 ayının nəticələrinə görə, ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artırılaraq 669,6 manata çatdırılıb.

O cümlədən orta aylıq əməkhaqqı telekommunikasiya sektorunda 771,8 manat, poçt sektorunda isə 218,0 manat, RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 348,4 manat təşkil edib.(oxu.az)
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...