Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailədən xəbər var

Ermənistan tərəfi ailəni müvafiq yoxlamadan keçirdikdən sonra onların istəyinə cavab verəcək
Ermənistan mətbuatı bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailə bağlı yeni xəbər yayıb. Ermənistan tərəfi siyasi sığınacaq üçün müraciət edən ailə ilə müvafiq iş aparır.

Bu sözləri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib. A. Baqdasaryanın sözlərinə görə, müəyyən yoxlama işləri aparıldıqdan sonra ailənin sığınacaqla bağlı istəyinə cavab veriləcək.

Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur./ans/
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:51
Zamin Hacı və