Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Millimizdən biabırçı hesab: 7:0

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib.

Millimiz Antverpen şəhərindəki "Lotto Arena" idman kompleksində İtaliya yığması ilə qarşılaşıb.

Komandamız böyük hesablı məğlubiyyətlə üzləşib - 0:7.

Bununla da Azərbaycan millisi qrupda sonuncu yeri tutaraq Avropa çempionatında mübarizəni dayandırıb.

C qrupunda hər üç komandanın aktivində 3 xal olsa da, vurulan və buraxılan topların nisbətinə görə İtaliya yığması birinci, Sloveniya isə ikinci yeri tutaraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan futzalçıları bundan əvvəl sloveniyalı rəqiblərini 7:6 hesabı ilə məğlub etmişdilər.
1841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA