Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

İran Xəzərdəki neft hüquqlarından keçməyəcək

İran Xəzərdəki neft hüquqlarından keçməyəcək - İran neft naziri
İranın neft naziri ölkə parlamentinin Tehran şəhəri üzrə nümayəndəsi Zöhrə Təbibzadənin Xəzərin hüquqi statusu ilə bağlı suallarını cavablandırıb

“Heç bir ölkə Xəzərdə İrana aid sularda qazıntı işləri apara bilməz”.

İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın neft naziri Bijan Namdar Zənqani deyib.

İranın neft naziri ölkə parlamentinin Tehran şəhəri üzrə nümayəndəsi Zöhrə Təbibzadənin Xəzərin hüquqi statusu ilə bağlı suallarını cavablandırıb. B.Zənqani İran və Azərbaycanın Xəzərdə apardığı qazıntı işlərinə işarə edib və hər ölkənin apardığı işlərinin öz ərazilərində həyata keçirildiyini deyib.

“Bununla yanaşı, İran neft nazirliyi öz ölkəsinin neft hüquqlarını müdafiə edəcək və heç bir ölkə İranın xəzərdəki neft hövzələrinə girə bilməz”.

Bildirək ki, Xəzəryani ölkələr 20 ildən artıqdır ki, dənizin hüquqi statusunun məlum edilməsi üçün çoxsaylı müzakirələr aparırlar. İran 1921 və 1940-cı illər ərzində Sövet höküməti ilə əldə etdiyi razılaşmaya əsasən Xəzərdə payına düşən səhmin 20 faiz, Azərbaycan və Türkmənistan isə bu səhmin 13 faiz olduğunu bəyan edirlər.
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43
Ət,