Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

“Zaur Həsənov olayı”na laqeyd münasibətin sirri nədir?

Qarabağ qazisinin özünü yandırması istisna olunmaqla digər oxşar intihar hadisələri ilə bağlı cinayət işi başlanıb

Qarabağ qazisi Zaur Həsənovun özünü Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) binası qarşısında yandırmasından sonra ölkədə səs-küyə səbəb daha üç belə hadisə baş verdi. Yevlaxda əlil Nizami Kərimov Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin qarşısında özünü yandırdı.

Daha sonra Bərdədə Qarabağ qazisi Maarif Vəliyev rayon icra hakimiyyətinin binası qarşısında özünə od vurdu. Başqa bir özünü yandırmaqla intihar olayı Səbail rayonunda qeydə alındı. 24 yaşlı Məlakə Bayramlı özünü yandırdı.

Maraqlıdır ki, “Zaur Həsənov olayı” xaric hər 3 hadisə ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun yaydığı məlumatlarda belə deyilir. Bəs eyni addım “Zaur Həsənov olayı” ilə bağlı niyə atılmayıb? Hər halda Zaur Həsənovun özünü yandırması faktı ilə bağlı cinayət işinin başlanması barədə heç bir rəsmi məlumat yoxdur. Əgər cinayət işi başlanıbsa niyə bu ictimaiyyətdən gizlədilir? Yox əgər cinayət işi başlanmayıbsa səbəb nədir? Məgər “Zaur Həsənov olayı”nda cinayət tərkibi yoxdur?

Bəlkə bu məsələdə Səttar Mehbalıyev faktoru rolu oynayıb? Axı AHIK sədrinin hakimiyyətdə güclü himayədarları var. Hər halda bu məsələ müəmma olaraq qalır və rəsmi qurumlar da buna aydınlıq gətirməkdə həvəsli görünmürlər./azadlıq/
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP