Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Tehran Londondan şahın tanklar üçün ödədiyi pulları tələb edir

İran Britaniya Müdafiə Nazirliyini 35 ildir ki, davam edən mübahisədən sonra İngiltərənin Ali Məhkəməsinə verib.

Britaniya Müdafiə Nazirliyinə bağlı şirkət İran İslam inqilabının ərəfəsində şahın sifarişi ilə ümumi dəyəri 650 milyon funt sterlinq olan döyüş tankları istehsal etməli idi.

İran şahı bu pulu 1750 tank və bu tanklara dəstək maşınları üçün ödəmişdi.

İranda inqilab baş verəndə və şah devrilərək ölkədən qovulanadək London vəd olunmuş “Chieftain” tanklarının yalnız 135 dəstini İrana göndərə bilmişdi.

Şah taxtdan salındıqdan sonra Britaniyanın Beynəlxalq Hərbi Xidmətlər (International Military Services — IMS) şirkəti sifariş barədə müqaviləni birtərəfli qaydada ləğv etmişdi.

Məhz bu səbəbdən indi, sifarişdən 35 il sonra İran hökuməti yerdə qalan 400 milyon funt sterlinqin ödənməsi üçün Britaniya Müdafiə Nazirliyini məhkəməyə verib.

Yeri gəlmişkən, 2009-cu ildə Beynəlxalq Ticarət Palatası (The International Chamber of Commerce) İranın iddiasını dəstəklədiyini bildirib.
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat