Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Paris yenidən qarışdı

Eynicinsli nikah qanunu Parisi yenidən qarışdırdı

Parisdə eynicinslilərin nikahına qarşı artıq bir həftədir qarşıdurmalar davam edir. Toqquşmalar zamanı 200 etirazçı saxlanılıb.

Toqquşmalar zamanı 2 minə yaxın etirazçı və polis yaralanıb. Etiraza səbəb isə eynicinsli nikah quranlara övladlığa götürmə hüququnun verilməsi, surroqat ana xidmətlərindən istifadə edilməsi və ya süni mayalanma üsulundan istifadəyə verilməsidir. Bununla belə, Fransa hökuməti birmənalı olaraq bəyan edib ki, "ailə haqqında" yeni qanun layihəsində bu məsələlər qeyd edilmir.

Xatırladaq ki, eynicinslilərin nikahı haqqında qanun kütləvi ictimai etirazlara baxmayaraq, ötən ilin yazında Fransada qüvvəyə minmişdir. Fransa tarixində homoseksual cütlüklərin ilk nikahı ötən ilin may ayında qeydə alınıb və bu hadisə ciddi müzakirələrə səbəb olub.
1693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:23