Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

Alim Qasımov: “Ailəlikcə donuruq, bizə kömək edin!”

“Soyuqdan donuram. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacayıq”.

Bunu AzNews.az-a xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov deyib. Abşeron Rayon, Güzdək qəsəbəsində yaşayan muğam ifaçısı əlaqədar təşkilatlara müraciət edir:

“Prezidentimiz dönə-dönə deyib ki, qarlı günlərdə elektrik enerjisinə məsul qurumlar tam gücü ilə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin”.
1673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber