Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2014

“Siz Azərbaycan xalqının cəlladısınız!”

Qorbaçova “siz Azərbaycan xalqının cəlladısınız!” deyən azərbaycanlı qadın tapıldı

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın memuarları toplanmış “Mən ümid edirəm ki...” kitabında yenidənqurma prosesi və onun gətirdiyi problemlərlə bağlı xatirələri yazılıb.
Kitabda Raisa Qorbaçovanın həmin dövrdə baş qaldırmış Dağlıq Qarabağ problemi, erməni-azərbaycanlı münasibətləri, 20 Yanvar qırğını və Mixail Qorbaçovun həmin proseslərə münasibəti ilə də bağlı da maraqlı detallar var.
Kitabda Kommunsit Partiyasının 28-ci qurultayına hazırlıq çərçivəsində şəhər partiya komitələrinin birinci katibləri ilə olan görüşdə Azərbyacandan olan nümayəndə heyəti ilə baş vermiş qalmaqal xatırlanır. Orada azərbaycanlı qadın nümayəndənin Mixail Qorbaçovla olan sərt dialoqu vurğulanır. Həmin görüşdə adı çəkilməyən azərbaycanlı qadın partiya işçisi SSRİ prezidentinin üzünə “siz Azərbaycan xalqının cəlladısınız!” deyib.
“Mixail Qorbaçov ağır-ağır stoldan qalxdı. Bir qədər pauzadan sonra “bilirsinizmi, belə bir ittihamla yaşamaq mümkün deyil” dedi. Zal sanki dondu”-deyə Raisa Qorbaçova yazıb.
Avropa.info-nun araşdırmasına görə, M.Qorbaçova “siz Azərbaycan xalqının cəlladısınız!” deyən qadın o zaman Qubadlı rayon partiya komitəsində katib işləyən Sona Həşimova olub.
Bununla bağlı Sona Həşimova ilə əlaqə saxladıq. Onun dediyinə görə, bu hadisə barədə o zaman Azərbaycan mətbutında da materiallar dərc edilmişdi: “M.Qorbaçovla bu görüş barədə “Kommunist”, “Bakınskiy raboçiy” qəzetlərində məqalə dərc olundu. BBC bu barədə geniş məlumatlar yaydı. Hətta Yaponiya mətbuatında bu marədə materillar verildi”.
Həmin hadisənin necə baş verdiyini deyən S.Həşimova qeyd etdi ki, həmin iclas zaman söz deməyə imkan verilmirdi: “Mən fasilədən qayıdan M.Qorbaçovun qarşısını kəsdim. Mühafizəçilər mane olmaq istəsələr də, M.Qorbaçov özü irəli gəldi və mənə əlini uzatdı. Mən onun salamını almadım və dedim ki, siz Azərbaycan xalqının cəlladısınız. Bu hadisədən sonra Azərbaycan Mərkəzi Komitəsinin katibi Həsən Həsənov da mənə təşəkkür edib”.
Qeyd edək ki, S.Həşimova rayon partiya komitəsində işləyərəkən hər zaman cəsarəti ilə seçilib. Belə ki, 1986-cı ildə Moskva tərəfindən Kürdüstan vilayəti yaradılması ideyası ortaya atılmışdı. Bu vilayəti yaratmaqda Moskvanın məqsədi Ermənistanla Azərbaycan arasında bufer zona yaratmaqla gələcəkdə Qarabağ münaqişəsini alovlandırmaq idi. O zaman Qubadlı rayonu ərazisində bu vilayətin mərkəzi üçün şəhər tipli qəsəbə də tikilməsi planlaşdırılırdı. Moskvadan gələn partiya nümayəndələri Qubadlı rayonu partiya komitəsindən yüksək vəzifə tutan Sona Həşimovaya Kürdüstan vilayət komitəsində katib vəzifəsi təklif edilmişdi. Bu təklifi hiddətlə qarşılayan Sona Həşimova Moskvadan göndərilən partiya nümayəndələrinə bu ərazilərdə yaşayan əhalinin mütləq əksəriyyətinin Azərbaycan türkü olduğunu deyib və həmin nümayəndələri Qubadlı rayonu ərazisindən qovmuşdu. /musavat/
1632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı